"Sabah" Dəstək Fonduna 50 min manatlıq ianə, həkimlərə isə təşəkkür etdi - VİDEO

Bütün dünyanı cənginə alan və təbii ki, ölkəmizdən də yan keçməyən koronavirusla mübarizəyə "Sabah" klubu da qoşulub.
 
Sport7.az xəbər verir ki, klub pandemiya ilə mübarizə üçün yaradılmış Dəstək Fonduna 50 min manatlıq ianə edib. Bu məbləğ Dəstək Fondu Məbləğ klubun futbolçuları, məşqçilər heyəti və digər əməkdaşları tərəfindən yığılaraq ödənilib. 
 
Bununla yanaşı klub xəstəliklə əlaqədar xalqın ən çox əziyyət çəkən hissəsinə, həkimlərə də dəstəyini nümayiş etdirib. Rəsmi feysbuk səhifəsində həkimlərə dəstəklə bağlı videorolik yerləşdirilən klubun həm əcnəbi, həm də yerli futbolçuları, məşqçi və digər nümayəndələri öz təşəkkürlərini bildirib. Maraqlıdı ki, klubun əcnəbi üzvləri də fikirlərini Azərbaycan dilində çatdırıb.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR