"Sabah" ispan klubuna uduzdu, gürcülərlə oynayacaq

"Sabah”ın U-14 koamndası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Audi Cup” turnirində iştirak edir.
 
Sport7.az xəbər verir ki, təmsilçimiz turnir çərçivəsində ilk oyununu İspaniya klubu "Levante”yə qarşı keçirib. Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. "Sabah"ın yeganə qoluna matçın son dəqiqəsində penaltidən Anar Cəbiyev imza atıb.

Paytaxt klubu növbəti oyununu bu gün yerli "Saburtalo” ilə qarşılaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR