"Sabah" İtaliyanın məşhur komandası ilə oynayacaq

Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən "Audi Cup”da iştirak edən "Sabah”ın U-14 komandası turnir çərçivəsində növbəti oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, təmsilçimiz bu dəfə yerli "Saburtalo”yla qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

U-14 turnir çərçivəsində keçirdiyi ilk matçda İspaniya "Levante”si ilə qarşılaşmışdı (1:3). Komandamız turnirdə növbəti oyununu İtaliyanın "Verona” komandasına qarşı keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR