"Sabah" millimizin üzvü ilə müqavilə bağladı

"Sabah” Ozan Can Kökcü ilə yeni müqavilə bağlayıb.
 
Sport7.az xəbər verir ki, anlaşmaya əsasən gənc yarımmüdafiəçi 2023-cü ilə kimi paytaxt klubunun uğurları üçün çalışacaq. Ozan Can ötən ilin yayından "Sabah”ın üzvüdür. U-21 millimizin də şərəfini qoruyan yarımmüdafiəçi, komandada 19 oyun keçirib, 1 qola imza atıb.

Kökcünün klubla əvvəlki müqaviləsi 2021-ci ilin yayında başa çatırdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR