"Sabah" müdafiəçisi ilə yolları ayırdı - RƏSMİ

"Sabah” daha bir futbolçu ilə yolları ayırıb.
 
Sport7.az xəbər verir ki, müdafiəçi Məqsəd İsayevin müqaviləsi bitib və yenilənməyib. Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

İsayev 2018-ci ildən "Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə komandamızda 42 oyun keçirib, 1 qol vurub.
 
Buna qədər "Sabah"da Marko Deviç karyerasını bitirmişdisə, Kərim Diniyev və Vadim Abdullayevlə yollar ayrılmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR