“Sabah” Şamaxıya yollanacaq

“Sabah” Şamaxıya yollanacaq
"Sabah”ın əvəzedicilərdən ibarət komandası mövsümün ikinci yarısına hazırlığı davam etdirir.
 
Sport7.az xəbər verir ki, I Divizionda mübarizə aparan komanda ikinci dövrəyə hazırlığı Binə qəsəbə stadionunda keçir.
 
"Sabah" yanvarın 12-dən 24-dək Şamaxıda təlim-məşq toplanışında olacaq. 

Əvəzedici komanda toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Vasif Haqverdiyevin yetirmələri yanvarın 14-də "Qəbələ”nin U-19 komandası, 17-də "Qaradağ Lökbatan”, 20-də "Şüvəlan”, 23-də isə "Ağsu” ilə qarşılaşacaq. 
 
Sport7.az

Xəbər lenti