"Sabah" "Səbail"i, "Neftçi" lideri "dağıtdı"

Birinci Divizionun 25-ci turuna yekun vurulub.
 
Sport7.az xəbər verir ki, turun bu günə planlaşdırılan 3 oyunundan ikisi keçirilib. "Kəpəz" doğma meydanda "Sumqayıt"ın əvəzedicilərinə 1:3 hesabı ilə məğlub olub. Birinci Divizionun lideri MOİK də məğlubiyyət yaşayıb. Komanda "Neftçi"nin əvəzediciləri ilə matçda 1:4 hesabı ilə yenilib. Bu da "hərbçilər"in mövsümdəki 3-cü məğlubiyyəti olub. Görünür, artıq Premyer Liqaya vəsiqəni təmin etmiş Azər Bağırovun komandası arxayınlığın qurbanı olub. 
 
Turun digər oyunlarına gəlincə, "Sabah"ın əvəzediciləri də yüksək nəticə ilə yadda qalıb. Komanda "Səbail-2"ni 4:1 hesablı məğlubiyyətə uğradıb. "Ağsu" isə mövsümün ikinci yarısında ilk qələbəsini qazanıb. Bölgə təmsilçisi "Qaradağ Lökbatan"ı 2:1 hesablı məğlubiyyətə uğratmaqla 3 xalı əldə edib. Digər oyunlara gəlincə, "Turan Tovuz" evdə "Şüvəlan"a, "Zirə-2" isə "Keşlə"nin əvəzedicilərinə uduzub. 
 
"Zaqatala" - "Qarabağ-2" görüşü isə güclü yağış səbəbindən təxirə salınıb.
 
16 aprel (çərşənbə axşamı)

"Keşlə-2” 3–1 "Zirə-2”
(Ülvi İbrahimov, 28; Qədir Bayramlı, 44; Nurlan Quliyev, 55 (p.) // Müşfiq İlyasov, 46)

"Turan Tovuz” 0–1 "Şüvəlan”
(Məmməd Quliyev, 71 (p.))

"Sabah-2” 4–1 "Səbail-2”
(Tacir Əlizadə, 4, 55; Ayxan Quluzadə, 73, 75 // Xəlil Bəşirov, 85)

"Qaradağ Lökbatan” 1-2 "Ağsu”
( Emin Mehtiyev, 19 // Pilağa Mehtiyev, 54 (p.); Nahid Zülfüqarov, 78)

17 aprel (çərşənbə)

"Kəpəz” 1–3 "Sumqayıt-2”
( Fərid Məmmədov, 12 // Fərid Bayramov, 55 (ö.q.); Baxşəli Baxşəliyev, 76; İsmayıl Babayev, 84)

"Neftçi-2” 4–1 MOİK
( Elnur Süleymanov, 9, 12, 62; Əlibəy Məmmədli, 85 // Raul Yaqubzadə, 45+1 (p.))
 
N Klublar O Q H M T-F X
1 MOİK 23 18 2 3 46-20 56
2 Sumqayıt-2 23 17 2 4 59-24 53
3 Neftçi-2 23 14 3 6 45-26 45
4 Zaqatala 22 12 6 4 39-23 42
5 Sabah-2 23 11 5 7 26-16 38
6 Keşlə-2 23 11 3 9 37-28 36
7 Qarabağ-2 22 11 3 8 39-25 36
8 Şüvəlan 23 9 7 7 28-24 34
9 Qaradağ Lökbatan 23 9 3 11 22-28 30
10 Səbail-2 23 6 2 15 30-54 20
11 Kəpəz 23 4 7 12 15-32 19
12 Turan Tovuz 23 5 1 17 22-44 16
13 Zirə-2 23 5 1 17 20-49 16
14 Ağsu 23 3 5 15 18-53 14
 
Bombardir: Raul Yaqubzadə (MOİK) - 21 qol

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR