"Səbail" "Qəbələ" ilə heç-heçə etdi, "Sumqayıt"dan qələbə - YENİLƏNDİ

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

Sport7.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Turun açılış oyununda Sumqayıtda eyniadlı komanda çempionatın autsayderi "Sabah"ı 1:0 hesabı ilə məğlub edib. 

Günün ikinci görüşündə isə "Səbail" doğma meydanda "Qəbələ" ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatıb. 

Qeyd edək ki, V turun "Neftçi" - "Keşlə" matçı senytabrın 22-də, "Zirə" - "Qarabağ" dueli isə sentyabrın 23-də olacaq. 

Azərbaycan Premyer Liqası, V tur

21 sentyabr (şənbə)

17:30. "Sumqayıt” – "Sabah” 1:0
Qol: Sərtan Taşqın, 34 

Sumqayıt: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 9. Amil Yunanov, 10. Əmir Ağayev, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 94. Nicat Mehbalıyev, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 50. İlqar Qurbanov, 90. Rəhim Sadıxov, 8. Peyman Babayi, 44. Elvin Cəfərquliyev, 20. Rüfət Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.

Sabah: 1. Saşa Stamenkoviç, 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 6. Vadim Abdullayev, 21. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 14. Rəşad Eyubov, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 19. Rocer Roxas, 99. Abbas Ağazadə, 11. Şakir Seyidov.
Baş məşqçi: Rövşən Babayev.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

"Kapital Bank Arena”

19:45. "Səbail” – "Qəbələ” 1:1 
Qol: M.Abbasov, 68 - R.Muradov, 17.
 
Səbail: 85. Kamal Bayramov, 7. Fəhmin Muradbəyli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 22. Mirabdulla Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 9. Mirsahib Abbasov, 6. Maykl Esyen, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 5. Rasim Ramaldanov, 14. Ülvi İsgəndərov, 7. Roman Hüseynov, 9. Davit Volkov, 3. İviça Zuniç, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 19. Rövlan Muradov, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 10. Klesio Bauk, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov.
Baş məşqçi: Zaur Həşimov.

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

"ASCO Arena”, 19:45
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR