"Sabah" qələbə ilə başladı

"Sabah” klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirəcək.
 
Sport7.az xəbər verir ki, Elşad Əhmədovun yetimələri Türkiyənin birinci liqasında çıxış edən"Əskişəhərspor”la qarşılaşacaq. 

Antalyada "İC Santai" otelinin stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. 

Qeyd edək ki, Premyer Liqamızın debütantı növbəti qarşılaşmasını yanvarın 16-da Qazaxıstan "Tobol”una qarşı  keçirəcək. 
 
Yoxlama oyunu

12 yanvar

"Sabah” (Azərbaycan) – "Əskişəhərspor” (Türkiyə) - 1:0

"Sabah”: 30. Saşa Stamenkoviç, 77. Şakir Seyidov, 13. Filip İvanoviç, 5. Kərim Diniyev, 25. Vanderson Silva, 17. Təmkin Xəlilzadə, 8. Elşən Abdullayev, 15. Erik Ramos, 6. Vadim Abdullayev, 7. Rəşad Eyubov, 9. Marko Deviç.

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 10. Cavid İmamverdiyev, 19. Məqsəd İsayev, 11. Elgün Nəbiyev, 4. Tərzin Cahangirov, 33. Eltun Turabov, 97. Emil Qasımov, 12. Zahid Mərdanov, 21. Novruz Məmmədov.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR