"Sabah"dan ayrılan futbolçu Serbiya klubunda

"Sabah"dan ayrılan futbolçu Marko Deviçin yeni klubu müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, Ukrayna millisinin sabiq futbolçusu karyerasını Serbiya Super Liqasında çıxış edən "Vojdovats" davam etdirəcək.
 
36 yaşlı hücumçu 2004-2005 mövsümündə də bu komandanın formasını geyinib.

Qeyd edək ki, ötən mövsüm "Sabah"da çıxış edən Deviç Azərbaycan Premyer Liqasında 21 oyuna 8 qol vurub. O, ailə vəziyyəti ilə əlaqədar paytaxt təmsilçisindən ayrılıb.
 
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR