"Sabah"dan minimalhesablı qələbə - VİDEO

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən "Sabah”la "Səbail" yoxlama oyununda qüvvəsini sınayıb.
 
Sport7.az xəbər verir ki, "Bank Respublika Arena”da keçirilən matç "göy-ağlar”ın minimal hesablı (1:0) qələbəsilə nəticələnib. Qarşılaşmada "Sabah"ın yeganə qoluna oyunun 53-cü dəqiqəsində Coşqun Diniyev imza atıb.

Meydan sahiblərinin baş məşqçisi Visente Qomes görüşdə aşağıdakı futbolçulara şans verib:

Start heyət: 12. Alvaro Vilyete, 13. Filip İvanoviç, 15. Ruslan Abışov, 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 6. Şakir Seyidov, 30. Mario Marina, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 10. Aleksey İsayev, 9. Xulio Rodriqes.
Sonradan oyuna daxil olanlar: 17. Məhəmməd Mirzəbəyov, 38. Arsen Ağcabəyov, 34. Bəxtiyar Həsənalızadə, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 77. Veysəl Rzayev, 8. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 26. Tiemoko Fofana.

"Sabah” qış fasiləsindən sonra Azərbaycan Premyer Liqasında ilk oyununu yanvarın 21-də "Qarabağ”a qarşı keçirəcək. Görüş saat 18:00-da, "Bank Respublika Arena”da baş tutacaq.  
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR