"Sabah"dan növbəti transfer

2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Sport7.az xəbər verir ki, klub gənc müdafiəçi Bəhlul Mustafazadəni rənglərinə bağlayıb. 22 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. 

"Qəbələ” FK-nın yetirməsi olan Bəhlul, peşəkar karyerasında bu komandadan başqa "Sumqayıt”ın uğurları üçün də çalışıb. Mustafazadə ötən mövsüm "Qəbələ”də çıxış edib.

Müdafiəçi Azərbaycan yığmasının U-17, U-19 və U-21 komandalarının şərəfini qoruyub
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR