"Sabah"dan yeni transfer - RƏSMİ

"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Sport7.az xəbər verir ki, gənc qapıçı Nicat Mehbalıyev bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Azərbaycan U-21 millisinin üzvü olan qolkiperlə 3 illik müqavilə bağlanıb.

19 yaşlı qapıçı karyerası ərzində "Qarabağ” və "Sumqayıt”da çıxış edib.

"Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirmişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR