"Sabah"ın futbolçuları üçün əlamətdar tur

Azərbaycan Premyer Liqasının XVII turunun "Sabah” – "Keşlə” oyunu (1:1) "Sabah"ın futbolçuları – Zurab Oçiqava və Tiemoko Fofana üçün əlamətdar olub.

Sport7.az xəbər verir ki, start heyətində yer alan və 90 dəqiqə meydanda olan Zurab "Sabah”da ilk oyununu keçirib. Qarşılaşmanın 90+1-ci dəqiqəsində komandamızın bərabərlik qoluna imza atan Fofana isə komandada qol hesabını açıb.

Fil Dişi Sahilindən olan forvard buna Premyer Liqadakı 4-cü oyununda nail olub. 21 yaşlı hücumçu Premyer Liqada "Sabah”ın heyətində qol vuran 25-ci futbolçudur.
 
Yüksək liqada "Sabah"ın ən çox fərqlənən futbolçusu Marko Deviçdir (9 qol).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR