"Sabah"ın legionerlərindən Azərbaycanca "Bayraq" şeiri - VİDEO

9 noyabr - Dövlət Bayrağı Gününə "Sabah" da biganə qalmayıb.
 
Sport7.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu münasibətlə möhtəşəm videoçarx hazırlayıb.
 
Belə ki, komandanın bütün üzvləri Bəxtiyar Vahabzadənin "Bayraq" şeirini söyləyib. Hətta komandanın legionerləri də sözügedən şeirin bir neçə bəndini deyib. Bu da videonu maraqlı edən amillərdən olub. Bayrağımızın 100 illiyi şərəfinə hazırlanan videoçarx həm maraqlı, həm də baxımlı alınıb.
 
 
Sport7.az

Xəbər lenti