"Sabah"ın növbəti matçının vaxtı bəlli oldu

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan "Sabah” hazırlıqları davam etdirir.
 
Sport7.az xəbər verir ki, təlim-məşq toplanışının 11-ci günündə bir məşq baş tutub. Komanda fiziki və topla təmrinləri yerinə yetirib, həmçinin ikitərəfli oyun keçirilib.

Komanda bu gün hazırlıq çərçivəsində Qazaxıstan "Kaysar”ı ilə qarşılaşacaq. Görüş yanvarın Bakı vaxtı ilə saat 17:00 Belekdəki Hüseyn Aygün Futbol Mərkəzində keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR