"Sabah"ın qapıçı məşqçiləri azyaşlılara seminar keçdi (FOTOLAR)

Bu gün "Sabah”ın Futbol Akademiyasında seminar keçirilib.

Sport7.az xəbər verir ki, akademiyanın qapıçılar üzrə koordinatoru Xəyal Zeynalov və qapıçı məşqçisi Elçin Cəfərov öz biliklərini azyaşlı futbolçularla bölüşüblər.
 
Seminarda "Sabah” Futbol Akademiyasının aşağı yaş qruplarında çıxış edən bütün qapıçılar iştirak edib.

Azyaşlı qapıçıların öz mövqeyi üzrə biliklərini inkişaf etdirməsi baxımından səmərəli olan bu cür seminarların gələcəkdə mütəmadi hal alması planlaşdırılır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR