“Sabah”ın yeni transferi idman mətbuatından oldu

 “Sabah”ın yeni transferi idman mətbuatından oldu
Növbəti mövsümdən futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Sabah” klubunun mətbuat xidmətinin rəhbərinin kimliyinə aydınlıq gəlib.

Sport7.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri vəzifəsi tanınmış idman jurnalisti Elnur Həmidova həvalə olunub.

Əvvəllər siyası mətbuatda çalışmış Həmidov, idman mətbuatında Komanda.az saytında işləyib. O, Komanda.az saytında işlədiyi uzun müddət ərzində bir dəfə ilin idman jurnalisti də seçilib.

Öz növbəmizdə Elnur bəyi təbrik edir, bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq!
 
Sport7.az
 

Xəbər lenti