"Sabah"ın yeni transferi məşqlərə qoşuldu

Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə "Səbail”lə qarşılaşacaq "Sabah” bu oyuna hazırlıqları davam etdirir.
 
Sport7.az xəbər verir ki, komanda "Bank Respublika Arena”nın ehtiyat meydançasında növbəti məşqinə çıxıb. Yeni transfer Alvaro Villete də məşqdə iştirak edib.

"Səbail” – "Sabah” oyunu sentyabrın 26-da saat 18:00-da "ASKO Arena”da keçiriləcək.

Azərbaycan Premyer Liqasının ilk 3 turundan sonra hesabında 6 xal olan "Sabah” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR