Sabiq baş məşqçisi

Sabiq baş məşqçisi "Barselona"dan sərvət istəyir

"Barselona" sabiq baş məşqçisi Kike Setyenlə təzminat barədə razılığa gələ bilmir.

Sport7.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı yazıb. 62 yaşlı mütəxəssis Kataloniya təmsilçisindən 4 milyon avro tələb edir. Klub rəhbərliyi gözləntiləri doğrultmadığı üçün işdən çıxarılan keçmiş baş məşqçiyə təzminat vermək istəmir.

"Barselona" bu cür ödəmələrə çox pul xərcləyib. Klub Setyendən əvvəl Ernesto Valverdeyə 11 milyon avro təzminat ödəyib. Rəhbərlik hazırkı baş məşqçi Ronald Kuman üçün isə Niderland Futbol Federasiyasına 5 milyon avro ödəniş edib.

Setyen 2020-ci ilin yanvarında baş məşqçi təyin edilib və avqustda istefaya göndərilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR