Sabiq FİFA referisi: "Həmin epizodda 100 faiz penalti var idi"

Sabiq FİFA referisi:
Dünən Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutan "Real" - "Yuventus" matçı gərginliyi, marağı, yüksək səviyyədə həyəcanı ilə yadda qaldı.

Xüsusən də sona yaxın "Real"ın lehinə çıxarılan penalti qərarı çix müzakirə olundu və hələ də davam edir. Məsələ ilə bağlı ciddi fikirlərə ehtiyac vardı ki, bunu da yalnız hakimlər deyə bilər.  Bu üzdən sabiq FİFA referisi Elçin Məmmədova müraciət etdik. Məmmədov Sport7.az-a açıqlamasında bunları söylədi:

"100 faiz penalti var idi. Burda müzakirə etməli nə var ki? Qanuna uyğun olaraq, orda arxadan itələmə, eyni zamanda ehtiyatsızlıq vardı. Hakim penalti təyin etdi. Hətta qaydanı pozan futbolçuya qırmızı vərəqə də göstərilməli idi. "Yuventus"un qapıçısı Buffon isə təhqir etdiyi üçün cəzalandırıldı. Təssüflər olsun ki, futbolda belə anlaşmazlıqlar olur. Orda qaydalara tam şəkildə riayət olunub. Oyunçu rəqibi itələmişdi. Qaydalara görə cərimə meydançasında bu hal baş verərsə penalti təyin olunur və qırmızı vərəqə göstərilməlidi. Belə sual qoyaq. Həmin epizodda yıxılan futbolçunun qol vurmaq imkanı var idi? Təbii ki, qapıçının 1 metrliyində dayanmışdı, demək olar boş qapı idi. Hücum edən futbolçunun qarşısı boş olduğu üçün qol vurmaq ehtimalı çox yüksək idi. Ona görə də qırmızı vərəqə də göstərilə bilərdi. Hər şey qaydalar çərçivəsində idi. Əsas odu, oyun baxımlı oldu".

Sport7.az

Xəbər lenti