Sabiq "Real"lı "Barselona"ya doğru

Sabiq
"Mançester Yunayted”in argentinalı futbolçusu Anxel Di Mariya mövsümün sonunda klubunu dəyişməyə çox yaxındı.

Sport7.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin uğrunda Avropanın bir sıra nəhəng klubları mübarizə aparır.

Məsələ burasındadı ki, "Barselona” və PSJ klubları Di Mariya ilə yaxından maraqlanır. Həm ispanlar, həm də fransızlar dünya çempionatının gümüş mükafatçısına görə 47 milyon funt-sterlinqdən keçməyə hazırdılar. Hələ ki, Di Mariya ona ünvanlanan təkliflərlə bağlı açıqlama verməyib.

Qeyd edək ki, ulduz futbolçu "Mançester Yunayted”ə ötən il "Real”dan 60 milyon avro qarşılığında keçib. "Qırmızı şeytanların”ın heyətində ümumilikdə 21 oyunda iştirak edən Di Mariya 4 qola imza atıb.

Sport7.az

Xəbər lenti