Sablyaçılarımızdan 1 gümüş və bürünc

Sablyaçılarımızdan 1 gümüş və bürünc

Sablya üzrə milli komandamızın üzvləri Valeriya Bolşekova və Anna Başta Rusiyada keçirilən açıq turnirdə mükafatçılar sırasında yer alıb. 

Sport7.az xəbər verir ki, İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzində keçirilən turnirdə Valeriya Bolşakova gümüş, Anna Başta isə bürünc medal qazanıb. Turnirin finalına kimi irəliləməyi bacaran Valeriya Bolşakova həlledici görüşdə Svetlana Şevelevaya 8:15 hesabı ilə uduzaraq 32 qadın sablyaçı arasında ikinci olub.

Digər sablyaçımız Anna Başta isə yarımfinalda turnirin qalibi Svetlana Şevelevaya 11:15 hesabı ilə məğlub olaraq turnirin bürünc medalına sahib olub. Turnirdə ev sahibi Rusiya ilə yanaşı Azərbaycan və Özbəkistanı təmsil edən qadın sablyaçılar yarışıb.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR