Sablyaçımız pley-offda dayandı

Sablyaçımız pley-offda dayandı

Yeniyetmə oğlan sablyaçılarımız Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında şəxsi yarışda qüvvəsini sınayıb.
 
Sport7.az xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə başa vuran Maqsud Hüseynli 1/32 finalda Belarus təmsilçisi Yauheni Kazhaneuskiyə 15:10 hesabı ilə qalib gəlib. Sablyaçımız 1/16 finalda turnirin qalibi Rusiya idmançısı Dmitriy Nasonova 5:15 hesabı ilə məğlub olub.
 
Qrup mərhələsində 2 qələbəsi olan Saleh Məmmədov pley-offda İtaliya sablyaçısı Emanuel Nardellaya 7:15 hesabı ilə məğlub olub.
 
Qrupda 1 qələbəsi olan Murad Əkbərov isə mübarizəni erkən dayandırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR