"Sadıqovun Azərbaycan futbolu üçün əziyyəti böyükdü" - Robert Prosineçki

"Bizi sabah seçmə mərhələnin sonuncu ev oyunu gözləyir. Rəqibimiz güclü komandadı”.
 
Sport7.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
 
Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu ev oyununu sabah Çexiyaya qarşı keçirəcək.
 
Matçdan öncə keçirilən mətbuat konfransında xorvatiyalı çalışdırıcı bunları deyib: "Çexiya yığmasını analiz etmişik. Rəqibin futbolçuları texnikalı oyunçulardı, topla davranışları çox yaxşıdı. Bilirik ki, bizim üçün çətin oyun olacaq. Buna baxmayaraq, hədəf sonuncu ev görüşümüzü yaxşı keçirib, istədiyimiz nəticəni qazanamqdı”.
 
- Sabah millimiz penalti vurmaq hüququ qazansa, Rəşad Sadıqovun qol vurmasına şərait yaradacaqsızmı?
 
- 3 ildi ki, Azərbaycandayam. Mən gələndən kapitanımız Rəşad Sadıqov daim oynayıb. Millinin vacib üzvüdü. Mənim rəhbərliyim altında yığmada 100-cü oyununu keçirib. Əgər sabah penalti qazansaq, yaxşı olardı ki, Rəşad vurmasın. Ona icazə vermərəm. Niyə? Çünki birdən vura bilməz, onda necə olar?
 
- Dünya çempionatının final mərhələsinə çıxmaq şansınızın qalmaması sabahkı oyunöncəsi motivasiyanıza mənfi təsir edirmi?
 
- Komandamın və mənim motivasiyam həmişə yüksək olur. Bu, turnir cədvəlindəki mövqeyimizdən asılı deyil. Sabah seçmə mərhələdə sonuncu ev oyunumuza çıxacağıq. Azarkeşləri sevindirmək istəyirik. Bizi güclü rəqiblə görüş gözləyir. Çexiya yığmasının heyətində güclü futbolçular çıxış edir. Onlar Avropanın müxtəlif klublarında yer alıblar. Bu mənada, bizi çətin oyun gözlyir. Amma mən öz komandama, futbolçularıma güvənirəm.
 
- Milli karyerasını bitirən Rəşad Sadıqovun davamçısı qismində kimi görürsüz?
 
- Futbolçu həyatı belədi. Nə vaxtsa karyeranın sonu çatır. Rəşadın fikrincə, yığma karyerasını bitirməyinin vaxtı çatıb. Sadıqovun Azərbaycan futbolu üçün əziyyəti böyükdü. Suala gəlincə, növbəti oyunda Rəşadın mövqeyində kimin oynayacağını indidən konkret deyə bilmərəm. Təbii ki, bu haqda müzakirə aparacağıq. (apasport)
 
Sport7.az

Xəbər lenti