"Şahdağ" ilk mərhələni başa vurdu

"Şahdağ" yeni mövsüm hazırlıqlarının birinci mərhələsini Xaçmazın Qoçaqlı kənd stadionunda başa vurub.

Sport7.az xəbər verir ki, baş məşqçi Kamran Əlibabayev hazırlığı iki tərəfli oyunla bitirib. Oyun yeni futbolçular da daxil olmaqla qarışıq heyətlə keçirilib.

Qusar Olimpiya İdman Kompleksində məskunlaşan komanda avqustun 15-dən etibarən toplanışın əsas mərhələsinə start verəcək və bir neçə yoldaşlıq oyunu keçirəcək.
 
Sport7.az

Xəbər lenti