"Şahdağ"ın qış planı

"Şahdağ"ın hazırlıq planı müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, qusarlılar "Regional Liqa" hazırlıqlarına yanvarın 15-də başlayacaq. 
 
Hazırlığın ilk mərhələsi Qusarda baş tutacaq. Baş məşqçi Kamran Əlibabayev ilk mərhələdə komandanın fiziki hazırlığını sınaqdan keçirəcək. Hazırlıq prosesinin 2-ci mərhələsində 4 yoxlama oyunu planlaşdırılıb. Rəqiblərin I Divizion təmsilçiləri olacağı dəqiqləşsə də, komandaların adları hələlik bəlli deyil.
 
Sport7.az

Xəbər lenti