Sahib Ələkbərov mükafat payladı

Sahib Ələkbərov mükafat payladı

Belarusun paytaxtı Minskin qəbul etdiyi II Avropa Oyunlarında qadın velosipedçilərin fərdi ötüşmə yarışına yekun vurulub.
 
Sport7.az xəbər verir ki, 28 km məsafəni 36 dəqiqə, 17 saniyəyə qət edən isveçrəli Marlen Rösser bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Hollandiyalı Şantal Blaak və Böyük Britaniya təmsilçisi Hayle Simonds çempiona müvafiq olaraq 1 dəqiqə, 15 saniyə və 1 dəqiqə, 27 saniyə uduzmaqla gümüş və bürünc medala yiyələniblər.

İdmançılara mükafatları Avropa Velosipedçilər Birliyi (UEC) adından qurumun Rəhbər Komitəsinin üzvü, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov, Təşkilat Komitəsi adından isə Rumıniya Olimpiya və İdman Komitəsinin prezidenti, qılıncoynatma üzrə Sidney-2000 Yay Olimpiya Oyunlarının qalibi Mihay Kovaliu təqdim ediblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR