Şahin Diniyev: "Bu haqda fikir söyləmək absurd və qeyri-etik olar"

Şahin Diniyev:
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Şahin Diniyev "Qarabağ"ın "Olimpiya" ilə matçı haqda fikirlərini bildirib.

Şahin bəy Sport7.az-a açıqlamasında şansları dəyərləndirib.

"İlk mərhələdən başlamaq çox çətindi. Hər 1 komanda üçün start həyəcanlı olur. Bəzi ölkələri çıxmaq şərtilə, qalanlarında çempionat payız-yaz sistemi ilə keçirildiyindən o klublar üçün də ilk oyundu və hamısında anlaşma yüksək səviyyədə olmur. Heyət baxımından gedənlər, gələnlər olur. Futbolçuların komandaya uyğunlaşması üçün zamana ehtiyacı var. Belədə təsadüf nəticələr də çox olur. Burda artıq komandanın adı, təcrübəsi deyil, futbolçuların tez uyunlaşması, oyun sistemi əsas rol oynayır.  Çox önəmli və məsuliyyətli mərhələdi. Artıq reytinq heç bir rol oynamır. Sadəcə, yenilənmiş komanda var və ilk oyun olduğu üçün heç kim digərini yaxşı tanımır. 

Belədə şanslarla bağlı yalnız ilk oyundan sonra nəsə fikir söyləmək olar.  "Qarabağ"ın yoldaşlıq oyunlarını çıxmaq şərtilə şanslar barədə nəsə demək mümkünsüzdü. Hesab 0:0-dan başladığı kimi, şanslar da bərabərdi. İlk oyundan sonra kimin nə qədər şanslı olduğunu demək mümkündü. Ona görə də şanslar 50-nin 50-di.

Kənardan görüntülər heç də obyektiv olmur. Yalnız komandanın içində olanlar bunu dərk edir. Əlbəttə, "Qarabağ"da hücumçu çatışmazlığı görünürdü. Klub rəhbərliyi bunu bizdən də yaxşı bilir. Necə sığortalayacaqlar, bu öz işləridi. Son oyunlarda da görünürdü ki, hesab 1:0, 2:1 olurdu, yəni "Qarabağ" çox qol vurmaqla qalib gələ bilmirdi. Komandada mərkəz və müdafiə xətti etibarlıdı. Sadəcə bunun hesabına kmanda qalib gələ bilər. Hücumçunun olmaması haqda nəsə fikir söyləmək absurd və qeyri-etik olar".

Sport7.az

Xəbər lenti