Şahin Diniyev:

Şahin Diniyev: "Sanki "Neftçi"nin üzərində yük var"

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Şahin Diniyev Premyer Liqanın 24-cü turunda baş tutan "Səbail" - "Neftçi" matçı ilə bağlı fikirlərini bildirib.

Təcrübəli mütəxəssis Sport7.az-a açıqlamasında çempionluğa namizəd olan Roberto Bordinin komandasının rəqibi ilə heç-heçə (2:2) edərək vacib xallar itirməsinə toxunub: "Oyuna baxdım, sanki "Neftçi"nin üzərində yük var. Deyə bilmərəm psixoloji cəhətdən hazır deyil. Ancaq, üzərlərində təzyiq hiss olunur. Xalları çətinliklə qazanırlar, nəticəyə oynayırlar və əllərində olan imkanlardan yetərincə istifadə edə bilmirlər. Qorxudandı, ya psixologiyadandı, bunu deyə bilmərəm. Bilmək üçün komandanın içində olmaq lazımdı. Sadəcə, potensial baxımından üstünlük çoxdu, amma bunu itirirlər. Biz kənardan görünənlərə əsasən fikirlərimizi deyə bilərik. Amma, buna sırf nələrin, psixoloji, yoxsa başqa amillərin səbəb olduğunu məşqçilər və klub rəhbərliyi bilər. "Neftçi"nin potensialı çempionluğa çatır. Sanki qorxumu, psixoloji gərginlik, inamsızlıqmı deyim, yaranıb. "Neftçi" çempionluğa layiq deyil" söyləməyə də adamın dili gəlməz".

Maraqlıdı "Səbail"lə oyunda Bordinin əvəzetmələri nəticəyə nə dərəcədə təsir etdi? Hər halda komanda müdafiəyə, daha doğrusu hesabı qoruyub saxlamaq üçün üstünlük verdiyi taktikaya keçəndən sonra geri düşdü: "Açığı belə suallardan həmişə qaçmışam. Çünki nə düşündüyünü, əvəzetmələrin nəyə hesablandığını məşqçi ancaq özü bilir. Ümumiyyətlə heç bir məşqçi özünə düşmən kəsilməyib. Nəyəsə arxalanır, gözləntiləri olur. Ola bilər gözləntilər özünü doğrultmayıb, bu başqa. Bir məşqçinin digəri haqda nəsə deməsi çətin olur. Ekspertlər, azarkeşlər və ya başqaları buna qiymət verə bilər. Nəsə demək mənim üçün də çətindi. Bu etik normadan, kolleqaya hörmətdən irəli gəlir. Bir şey deyə bilərəm ki, məşqçi hər hansı addımı atanda onun, əlehinə deyil yaxşı olacağını düşünür. Müsbət şeylər fikirləşir. Alınır-alınmır, bu, ayrı məsələdi. Əvəzetmə elədi ki, uğurlu alınanda hamı tərifləyir. Amma uğursuz olanda, onun düz olmadığını deməyə məcbursan. Bundan da çox şey asılıdı. 

Şahin bəy "Səbail"in əzmkarlığını da qabartdı: "Səbail" meydanda məğlubiyyətlə barışmadı. Xüsusən də ikinci hissədə vuruşdu. Birinci hissədə "Neftçi" daha üstün oynayırdı".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR