Şahmat Olimpiadası onlayn formatda keçiriləcək

Şahmat Olimpiadası onlayn formatda keçiriləcək

Beynəlxalq Şahmat Federasiyası (FIDE) koronavirus pandemiyasına görə Ümumdünya Şahmat Olimpiadasını onlayn formatda təşkil etməyə hazırlaşır.

Sport7.az xəbər verir ki, yarış iyulun 22-də start götürəcək və avqustun 30-da başa çatacaq.

Ölkəmizi olimpiadada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək. Federasiya tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib.
 
Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR