Şahmatçılarımız nigah bağladı

Şahmatçılarımız nigah bağladı

Yığmamızın şahmatçıları Nicat Abasov və Xəyalə Abdulla ailə həyatı quracaq.

Sport7.az xəbər verir ki, bunu xanım şahmatçı sosial şəbəkədəki səhifəsində paylaşıb. Qrossmeysterlər cütlüyü bununla bağlı Bakının Nəsimi rayonu Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) şöbəsinə müraciət edib və nikaha giriblər.
 
Qeydiyyata koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər üzündən maska ilə yollanan şahmatçılar toy mərasimlərini karantin rejimindən sonra keçirməyi planlaşdırır.

Hazırda FİDE reytinqində Abasov 2464 xalla 75-ci, Abdulla 2263 xalla 259-cudur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR