Şahmatçılarımız

Şahmatçılarımız "Shamkirchess 2019"u heç-heçə ilə bitirdi

Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirinə yekun vurulub.

Sport7.az xəbər verir ki, sonuncu - 9-cu turda Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinlə, Teymur Rəcəbov isə çexiyalı David Navara ilə heç-heçə edib.

Hazırkı dünya çempionu və turnirin qalibi Maqnus Karlsen isə yenə qələbə qazanıb. O, rusiyalı Aleksandr Qrişuku məğlub edib.

9-cu tur

9 aprel

Maqnus Karlsen (Norveç) - Alekandr Qrişuk (Rusiya) - 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5
Dinq Liren (Çin) - Aniş Giri (Hollandiya) - 0,5:0,5
David Navara (Çexiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5

Karlsen 9 turdan sonra 7 xal toplayıb. Dinq Liren və Sergey Karyakin 5 xalla 2-3-cü, Alekandr Qrişuk, Vişvanatan Anand, Teymur Rəcəbov 4,5 xalla 4 - 6-cı yerləri bölüşdürüblər. 4 xalı olan Veselin Topalov və David Navara 7-8-ci yerləri tutublar. Şəhriyar Məmmədyarov 3.5 xalla 9-cu, Aniş Giri isə 3 xalla 10-cu olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR