Şahmatçımız 4-cü pilləni tutub

Şahmatçımız 4-cü pilləni tutub

Serbiyada keçirilən və Azərbaycan şahmatçılarının da iştirak etdikləri "Paraçin 2019” açıq A turniri başa çatıb.

Sport7.az xəbər verir ki, şahmatçılarımızdan Nail Bəşirli yarışda ən yüksək nəticə göstərib.
 
9 turda 7 xal toplayan təmsilçimiz turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Yarışın qalibi 7,5 xalla serbiyalı İvan İvanisevic olub. Digər şahmatçılarımız Abdulla Qədimbəyli 6, Vüqar Əsədli 5,5, Mustafa Məmmədov 4 xal toplayıblar.

Yarışda 32 ölkədən 166 şahmatçı mübarizə aparıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR