Şahmatçımız dünya çempionunu məğlub etdi

Şahmatçımız dünya çempionunu məğlub etdi

Azərbaycan şahmatçıları Arkadi Naydiç və Rauf Məmmədovun da iştirak etdikləri "Gibraltar International Chess Festival 2019”un "Masters” turniri başa çatıb.

Sport7.az xəbər verir ki, şahmatçımız Rauf Məmmədov turniri qələbə ilə başa vurub. O, onuncu turda Ukrayna təmsilçisi ikiqat dünya çempionu Anna Muzıçuku məğlub edib.

Digər təmsilçimiz Arkadi Naydiç isə ispan David Anton Guijarroya məğlub olub. Rauf Məmmədov 7 xalla 18-ci, Arkadi Naydiç isə 6 xalla 41-ci yeri tutublar.

Turnirin qalibi 8,5 xalla rusiyalı şahmatçı Vladislav Artemiyev olub.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR