Sakki -

Sakki - "Milan" - "Fiorentina" üçbucağı

1987-ci ilin martında "Milan" üzərində ikinci qələbədən sonra uşaqlıq dostum və "Mediaset"in idman bölməsinin rəhbəri Ettore Ronqoni zəng etdi.

O, bütün çempionat boyu "Parma"nı izləyirmiş. Məndən soruşdu: "Bazar ertəsi Berluskoni ilə görüş üçün Arkoreyə gələ bilərsən?"

"Milan" prezidentinin barəmdə düşünməsi heç ağlıma da gəlməzdi. Silvio – qeyri-adi insan idi: belə ki, çoxlarının sezmədiyi məqamları görə bilirdi. Amma qar səbəbindən helikopter uçmadı və görüş bir həftə sonraya təxirə salındı.
 


Ronqoniyə şərt qoymaqla risk etmiş olardım: "Nə vaxt istəsəniz gələrəm, təkcə cümə günündən başqa. Böyük klubla vacib oyunum var”.

Ettore, demək olar ki, dərhal zəng etdi: "Berluskoni ikinci gün səni gözləyəcək". Özümə görə ehtimallarım var idi, amma o qədər də əmin deyildim. "Parma"da "Milan"a maraqlı ola biləcək futbolçular çıxış edirdi: Mussi, Melli, Fontolan, Bortolaççi, Sinyorini, Bianki.

Ronqoni məni maşınla götürüb, Arkoreyə apardı. Qalliani və Berluskoni ilə futbol haqqında axşam səkkizdən gecə ikiyə qədər danışdıq. İlk öncə təkliflərinə "yox" desəm də, sonradan razılaşdım. Onlar başqa klublarla danışıqlardan imtina etməyimi xahiş etdilər. Söhbət "Fiorentina"dan gedirdi.

Axşam Parmaya qayıdanda düşündüm ki, "Fiorentina"ya qarşı bunu etmək yaxşı olmazdı. Hörmətlə yanaşmaq gərəkirdi. Çərşənbə günü səhər Ettoreyə zəng vurub, ona təşəkkür etdim və bildirdim ki, görüşü təxirə sala bilmərəm və "Milan"da işləməyəcəm.

Ronqoni çığırdı: "Sən dəli olmusan! Qalliani ilə danışmışam, Berluskoni də razıdı. 99% "Milan"ın baş məşqçisi olacaqsan”.

"Başqa kluba qarşı bu cür davrana bilmərəm” – dedim və sakit ürəklə "Parma"nın məşqinə yollandım.

Axşam evə qayıtdım. Onda hələ mobil telefonlar yox idi. Covanna dedi ki, Ronqoni iki-üç dəfə zəng edib və təcili mənimlə əlaqə saxlamaq istəyir. Mən də zəng etdim:

- Qulaq as, Arriqo, "Milan"a getmək lazımdır. Berluskoni olmayacaq, amma Qalliani, Foskale, Paolo Berluskoni və Konfolneri (Silvionun uşaqlıqdan bəri ən yaxın dostu) bizi gözləyəcəklər.
- Nəsə, elə bil, çox oldu.
- Onlar müqaviləni imzalamağa hazırdılar.

Məni inandırdılar. Daha sonra Berluskoninin iş görüşməsi - televiziya anlaşması imzalayırmış - səbəbindən görüşdə iştirak edə bilməyəcəyini öyrəndim.

Mən isə orada idim: "Hamını salamlayıram və minnətdarlığımı bildirirəm. Əzmkarlıq nümayiş etdirdiyiniz üçün mən hətta boş kağıza belə, imza atmağa hazıram. Mənə inandınız, mən isə bunun qarşılığını ödəyəcəm”.

Qalliani "Parma"dakından daha az məbləğdə məvacib təklif etdi, amma mən xoşbəxt idim. Arzularım reallığa çevrilirdi...
 

 
Mənbə: Arriqo Sakki - "Total futbol” kitabı
 
Daniele Baselli blogu
 

OXŞAR XƏBƏRLƏR