Salah azarkeşləri qorxutdu - FOTO

Salah azarkeşləri qorxutdu - FOTO
Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Liverpul" PSJ ilə qarşılaşıb. 

Sport7.az xəbər verir ki, İngiltərə təmsilçisinin ulduz futbolçusu Məhəmməd Salah matçı izləyən azarkeşlərin narahatlığına səbəb olub. 

Belə ki, misirli futbolçu köynəyini çıxararkən çiynindəki zədə sarğısı diqqətdən yayınmayıb. 

Qeyd edək ki, 4 ay əvvəl Salah Çempionlar Liqasının finalında "Real"la matçda zədə almışdı. 
 

 
Sport7.az

Xəbər lenti