Salah "Liverpul" xatirələrini bölüşdü: "...azarkeşlər məni fitə basdılar"

Salah
"Liverpul"un misirli futbolçusu Mohammad Salah klubun rəsmi saytına xatirələrini bölüşüb. 

Sport7.az xəbər verir ki, 50 qolla klub tarixinin ən yaxşı bombardiri adını qazanmış Salah burdakı ilk günlərindən söhbət açıb.

"Liverpul" futbol klubu haqda ilk dəfə eşidərkən...

Uzun illər öncə çox gənc idim. "Liverpul", böyük, böyük, böyük klub idi və hər kəs tanıyırdı. Dünyanın məşhur klublarından idi və orta şərqdə çoxsaylı azarkeşləri vardı, mən "Liverpul" adını ilk dəfə 10, yoxsa 11 yaşımda olarkən eşitmişdim. "Pley Station"da həmişə "Liverpul"la oynayırdım; düzdü bəzən başqa komandalarla da oynayırdım, ancaq ən çox seçimim "Liverpul" idi. Nə vaxtsa orda oynayacağımı təsəvvür edə bilmirdim, ancaq bu mənim arzularım idi və sən onlara çatmaq üçün çalışmalısan.

İlk dəfə "Liverpul"da oynamaq istəyi...

İlk dəfə Misirdən "Bazel"ə gedəndə, düşüncələrimdə böyük ümidlərlə bir gün "Liverpul"da oynamaq planı vardı. Bu şans idi, amma tərəflər razılığa gələ bilmədi. Buna baxmayaraq ilin sonuna qədər "Liverpul" getməyi ağlıma yerləşdirmişdim, amma bunun üçün məqsədin olmalıdı və ona necə çatmağı düşünməlisən. İndi mən burdayam!

İlk dəfə Melvudda...

Hələ də aydın şəkildə xatırlayıram və bu yaxşı xatirədi. Qapıların arasında gəzərkən burda necə uğur qazana biləcəyimi və buna nə qədər inandığımı düşünürdüm. Bilirsən ki, böyük paltardəyişmə otağında olan böyük futbolçularla oynamağa gəlmisən, amma mən mən qısa zamanda klub haqda hər şeyi öyrənmək istəyirdim. Bu həyəcanverici hisslər idi, amma bir qdər də narahatlıq vardı. Lakin xilas oldum. Hər bir dəqiqədən həzz almağa başladım, çünki sən onların yenidən gələcəyini bilmirsən və mən burda olduğum ilk gündən çox xoşbəxt idim. Oynamağa və qol vurmağa başlayandan sonra, özümü evdəki kimi hiss edirdim.

"Liverpul"un futbolçusu kimi, ilk gecə...

"Liverpul"un mediası çox çılğın idi, çünki o böyük, böyük klubdu. Mən həmin axşam oteldə yeni transfer haqda oxuyurdum. Bu çox həyəcanlı idi, amma təzyiq olduğunu və insanların məndən uğur istədiyini bilirdim. Öz-özüm dedim ki, meydanda normal şəkildə futbolumu oynayacam. 

Yeni komanda yoldaşları ilə ilk görüş...

Mövsümöncəsi ilk günüm idi. Müqavilə imzalayandan və 3 həftəlik istirahətdən sonra Melvuda gəlmişdim. Bütün futbolçularla birlikdə olmasam da bəziləri ilə görüşdüm və mövsümöncəsi hazırlıqlara başladıq, digər futbolçular da qarşıdakı 5 gün ərzində gəlməli idi. Sağlam rəqamət vardı, çünki hər kəs oynamaq, qələbə qazanmaq istəyirdi və hamının öz mövqeyini əldən verməmək üçün vuruşduğunu hiss etdiyimi xatırlayıram. İndi komanda yoldaşlarımı 1 ildən çoxdu ki, tanıyıram və bir-birimizin nəyi xoşladığını, nədən xoşu gəlmədiyini bilirik. Bu ilk gündə baş vermir, bir-birini tanımaq və digərləri ilə dost olmaq vaxt alır, bunu indi hiss edirəm. İlk gündən onların hamısının təvazökar və ço gözəl uşaqlar olduğunu hiss etdim. 

"Anfild"də ilk dəfə "Liverpul" futbolçusu kimi

"Anfild"də oynamaq fərqlidi. Həmişə, hətta indi də mənə görə "Anfild"də oynamaq fərqli duyğular yaradır. Səni daim irəliyə getməyə məcbur edən fanatların sevgisini daha çox hiss edirsən. İlk Premyer Liqa matçım "Anfild"dən xeyli uzaqda yerləşən Uotfordda olmuşdu. İnsanlar İngiltərəyə gələndən sonra nə edəcəyimi gözrmək üçün gözlədilər, amma bos mənə futbol oynamağımı söylədi. İlk hissə çox çətin idi. Ancaq məni çiynimdə "yük vardı", ikinci hissədə oynadım və prnaltidən fərqləndim. İlk oyununda qol vurmaq həmişə olduğu kimi, gözəl hisslərdi. "Anfild"də "Kristal Palas"a qarşı ehtiyat oyunçular skamyasında başladığım oyunda azarkeşlərin əllərini bir-birinə vurduğunu və bununla məni xoş qarşıladıqlarını hiss etdiyimi xatırlayıram. Azarkeşlərin bunu etməsi çox gözəl idi. İndi mən öz evimdəyəm.

İlk dəfə fanatlar onun adını mahnı ilə oxuyanda

Fanatların mənim üçün çox mahnısı var, ancaq biri istisnadı. Mən "Misir Kralı" adlı mahnını daha çox xoşlayıram. 10-15 oyundan sonra ilk dəfə onu eşitdim... İnanılmaz hisslər idi.  Düzünü deyim, azarkeşlərin mənim adımla bağlı mahnı oxuması emosiyalarımı artırırdı və onu oyun zamanı eşidəndə adrenalinim də yüksəlirdi.  2-3 aydı burda olmağıma baxmayaraq onlar artıq mənim üçün xüsusi mahnı bəstələmişdilər. Hətta indi də o mahnını eşidəndə eyni hissləri keçiririəm. Sonuncu mövsümdə "Brayton"la oyundan sonra "Qızıl Buts"u qəbul edərkən yaşanan izdihamı hər zaman xatırlayacam.  O. çox, çox özəl idi... Qızım meydana tərəf qaçanda onun üçün göstərilən dəstək də böyük idi. Əslində topu ona tərəf atanda azarkeşlər məni fitə basdılar. Qızım meydana çıxanda azarkeşlərin ona göstərdikləri sevgini görmək mən və ailəm üçün xüsusi anlar idi.  Böyük gün idi, inanılmaz mövsümdə özümü çox xoşbəxt gördüm -  böyük futbolçuların içində "Qızıl Buts"u qazanmaq məni çox məmnun etdi.  

Deyan Lovrenlə ilk görüş...

Deyanla Melvudda görüşmüşdüm və mövsümöncəsi hazırlığın ikinci həftəsində danışmağa başladıq, ancaq mövsümün fasiləsində Dubay və ardınca Marbelladakı toplanışda daha da yaxınlaşdıq. İndi birlikdə zarafatlaşırıq, çox yaxın dostuq və əylənməyi xoşlayırıq. Həmişə mənimlə bağlı sosial mediada zarafat xarakterli postlar yazır, ancaq onu xoşlayıram. Həmişə mənimlə şəkil çəkdirərkən ona Misirdə məşhurlaşdığını deyirəm. O böyük insandı. 

Karol və Karolina ilə ilk görüş...

Mövsümöncəsi hazırlığın ikinci, yoxsa üçüncü günü idi. Onlar çox mehriban və yaxşı insanlardı. Uzun müddətdi klubda idilər və onlar hər kəsə kömək edirdilər - mən onları sevirəm! Çox əyləncəli insanlardılar, bəzən onların ingilis dilini başa düşmürəm. Ümumiyyətlə mə yerli aksentləri daha yaxşı anlayıram. Deməliyəm ki, mən yalnız Robbonu başa düşə bilmirəm. Danışmağa başlayanda mən ona "Bir qədər yavaş davam edə bilərsən? Rahat şəkildə danışsaz mən hər şeyi daha asan başa düşərəm" deyirdim. O mənə dediklərini təkrar etdiyi üçün xoşbəxt olurdu!

Sport7.az

Xəbər lenti