Salah Ramosun cavabını verdi

Salah Ramosun cavabını verdi
Çempionlar Liqasının finalında Ramosla mübarizədə zədələnən misirli futbolçu Mohammed Salah hələ də müzakirə olunan hadisə ilə bağlı fikirlərini deyib.
 
Sport7.az xəbər verir ki,  futbolçu "Marka"ya açıqlamasında Ramosun cavabını verib. Həmin oyundan sonra ispan müdafiəçi "Əvvəlcə o mənim qoluma girdi. Daha sonra yerdə qaldı. Fasilədə iynə vurulsaydı oyuna davam edə bilərdi" sözlərini söyləyib. 
 
"Liverpul"un ulduzu isə bunu gülməli adlandıraraq "Bəlkə Ramos, dünya çempionatında oynayıb oynamayacağımı da söyləyər" deyərək həmkarına ironiyalı şəkildə cavab verib.
 
Sport7.az

Xəbər lenti