Salah və Alisson

Salah və Alisson "Mançester Yunayted"lə matçda oynaya biləcəklər

"Liverpul"un oyunçuları - Məhəmməd Salah və Alisson zədələrini tam bərpa ediblər.

"The Times" nəşrinin xəbərinə görə, hər iki futbolçu "Mançester Yunayted"ə qarşı oyunda meydana çıxacaq. 

Alissonun sözügedən oyuna Adrianın əvəzinə birbaşa start heyətində başlayacağı bildirilir. Braziliyalı qolkiper iki həftədi komanda ilə birlikdə məşqlərdə iştirak edir.

Salah "Lester"lə görüşdə topuq çıxıntısından zədə almışdı. Onun da milli komandaların oyunları ilə bağlı yaranan fasilə zamanı zədəsini bərpa etdiyi bildirilir.

"Mançester Yunayted" - "Liverpul" matçı oktyabrın 20-da keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR