Salahın

Salahın "Mançester Yunayted"lə oyunda iştirakı sual altındadı

İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində "Lester"lə oynanılan matçda sıradan çıxan Məhəmməd Salahın zədəsi ilə bağlı bəzi detallar məlum olub.

Jurnalist Ceyms Pirsin məlumatına görə, misirli futbolçu topuğunu burxub. Hansısa ciddi zədədən söhbət gedə bilməz. Salah bu həftə müalicə kursuna başlayacaq. Onun "Mançester Yunayted"lə oyunda iştirakı sual altındadı.

"Mançester Yunayted" - "Liverpul" görüşü 20 oktyabrda keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR