Salanı təhqir edənlər həbs olundu - FOTO

Salanı təhqir edənlər həbs olundu - FOTO

Premyer Liqanın "Sautqempton” – "Kardiff Siti” qarşılaşmasında meydan sahiblərinin iki azarkeşi həbs olunub.

Sport7.az xəbər verir ki, bu fanatlar Emiliano Salanın qəzaya düşdüyü təyyarəni yamsılayaq tribunada qollarını açıb və bununla da uelsli azarkeşləri qəzəbləndirməyə çalışıblar.

Həmin azarkeşlər dərhal polis tərəfindən həbs edilib və onların işinə şəhər məhkəməsində baxılacaq.

"Sautqempton” rəhbərliyi isə həmin azarkeşlərin azı üç il müddətinə stadiona girişini yasaqlayacaq.

Xatırladaq ki, "Nant”ın argentinalı futbolçusu "Kardiff Siti”yə transfer olduqdan sonra yanvarın 21-də kiçik təyyarə ilə Fransadan Uelsə yollanmışdı. La Manş boğazının üzərində qəzaya düşən təyyarədən Salanın cəsədi uzun axtarışlardan sonra tapıldı.
 



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR