Şamaxıda cüdo birinciliyi keçirilib

Şamaxıda cüdo birinciliyi keçirilib

Şamaxıda yeniyetmə cüdoçular arasında regional birincilik keçirilib.
 
Sport7.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan yarışda Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qobustan və Şamaxı idmançıları iştirak ediblər.

Şimal bölgəsi üzrə birincilikdə oğlan və qız cüdoçular iki yaş qrupunda medallar uğrunda mübarizə aparıblar. Daha çox medal qazanan Qəbələ cüdoçuları birinci yeri tutublar.
 
Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR