Samboçularımız Çexiyada güclərini sınayacaqlar

Samboçularımız Çexiyada güclərini sınayacaqlar
Aprelin 12-dən 16-dək Çexiyanın paytaxtı Praqada yeniyetmələr və gənclər arasında sambo üzrə Avropa birinciliyi keçiriləcək.

Sport7.az xəbər verir ki, yeniyetmələrin yarışında ölkəmizi Nurlan İsmayılov (48 kq), Mehman Mehdizadə (52 kq), Vilayət Bayramov (60 kq), Abdulla Abdullayev (70 kq), Vüqar Ağcayev (75 kq) və Ramil Abbasov (81 kq) təmsil edəcəklər.

Gənclərin mübarizəsində isə Eyvaz Baxşıyev (57 kq) və Bahadur Əsgərov (68 kq) birincilik uğrunda mübarizə aparacaqlar.

Millimiz turnirdə baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında yarışacaq.
 
Sport7.az

Xəbər lenti