Samir Abasov:

Samir Abasov: "Elələri var dünən çıxıblar, bu gün..."

Azərbaycan Premyer Liqasının XVIII turunun son matçı çərçivəsində "Sumqayıt”ı səfərdə 1:0 məğlub edən "Zirə”nin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib.
 
Sport7.az xəbər verir ki, 41 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb: "Görüləsi işimiz çoxdu. İlk yarıda sərgilədiyimiz futbolu matçın sonunadək davam etdirmək üçün çox çalışmalıyıq. Ancaq işlər yaxşılığa görə gedir. Hesab edirəm ki, fasiləyədək ən gözəl futbolumuzu oynadıq. Uşaqlara təşəkkürümü bildirirəm"

- Nəhayət, uzun fasilədən sonra son pillədən qurtuldunuz. Sonra?

- Kuboka hələ xeyli vaxt var. Hədəfimiz avrokuboklara düşməkdi. İstər Kubok vasitəsi ilə, istərsə də çempionatdan qitəmiqyaslı yarışlara qatılmaq istəyirəm.

- Qeyd etdiniz ki, 8-ci yerə layiq deyilsiniz. Bütün klub məşqçiləri də eyni şeyi deyir. Bəs, bu, 8-ci yerə kim layiqdi?

- "Zirə” elitada daim avrokubok zonası uğrunda mübarizə aparıb. Elələri də var ki, dünən çıxıblar, bu gün son pilləyə layiq olmadıqlarını deyirlər. Axı, siz "nə yatdınız ki, nə də yuxu görəsiniz”?

-  "Sabah”ı nəzərdə tutursunuz?

-  Yeni yaranmış klubdu. Ancaq fakt budu ki, bizi məğlub ediblər.

- Qaradərili futbolçularınızı ayıra bilirsiniz?

- Hamısı ingilisdillidi.

- "Zirə” layihənizdən razısınız?

-  Çox razıyam. Geniş heyətimiz var. Əvvəllər zədələnən futbolçu olanda əziyyət çəkirdik. (sport24.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR