Samir Abasov:

Samir Abasov: "Çempionatı arxa plana keçirmirik"

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən "Səbail" - "Zirə" (2:3) oyunundan sonra zirəlilərin baş məşqçisi Samir Abasov oyunla bağlı fikirlərini bildirib:
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Bu oyunun nə qədər vacib olduğunu demək istəyirəm. Çünki qış fasiləsinə yaxşı motivasiya ilə çıxmaq istəyiridk. Buna görə də qələbə bizim üçün çox vacib idi. Ancaq çempionatı arxa plana keçirmirik. Bugünkü oyunumuz o qədər də pis deyil. Sonuncu yerə layiq olmayan komandayıq. İnanıram ki, bu, qışdan sonra oyunumuzla təsdiqini tapacaq. Bu gün bizdə çemodan əhval-ruhiyyəsi yox idi".

İlk oyunda da evdə 1:0 hesabı ilə qalib gələn komanda Azərbaycan kubokunun yarımfinalına vəsiqə qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR