Samir Abasov: “Hə” desəm, mənə cərimə düşəcək?

Samir Abasov: “Hə” desəm, mənə cərimə düşəcək?
"Zirə” ilə Antalyada eyni oteldə qalırdıq. Amma 3-4 yeni oyunçu götürdüklərini Bakıya döndükdən sonra bildik. Tanımadığımız futbolçulara qarşı oynamaq işimizi çətinləşdirirdi".
 
Sport7.az xəbər verir ki, bu sözləri "Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Ölkə çempionatının XV turunda "Zirə"nin qonağı olan "gənclik şəhəri" təmsilçisi 1:1 hesablı heç-heçə edib.

Matçdan sonra mətbuat konfransı keçirən Abasov bu fikirləri səsləndirib: "Oyuna yaxşı başladıq. 1 xala görə şükürlər olsun. Sonda 1:2, 1:3 hesabı ilə uduza da bilərdik. İkinci hissədəki kimi oynamağa davam etsək, ancaq 7-8-ci yerləri tuta bilərik. Halbuki fiziki cəhətdən komandamızda hər şey qaydasındadı. Əfsuslar olsun ki, komandamda 3-4 nəfər var ki, bu gün oyunun tez başa çatmasını arzulayırdılar. Futbolçularımız böyümək istəyirlərsə, psixologiyalarını dəyişməlidilər”.


- Demək olar ki, 3 əvəzetmənin heç biri özünü doğrultmadı?

- Təkcə Nicatı azca qeyd etmək olar. O, əvvəlki klublarında həmişə ehtiyatda qalıb. İndi özünü göstərməlidi. Meydana çıxandan sonra futbolçu 10 dəqiqəyə yorulursa, deməli, oynamağa layiq deyil.


- Meydanda maraqlı mübarizə getsə də, sanki Fərhad Vəliyev tempə uyğun gəlmirdi...

- Birinci hissədə komandamdan razı qaldım. İkinci yarıda "Zirə” tam üstün oynadı. Komandamızda demək olar ki, dəyişiklik yoxdu. Antalyadakı oyunlarımız, məşqimiz də tempi aşağı salmamağa hesablanmışdı.

 
- Oyun ərzində Əliyar Ağayevə etiraz edirdiniz. Onun idarəçiliyindən narazı qaldız?

- İndi bu suala "hə” desəm, mənə cərimə düşəcək? Elədisə, narazı deyiləm. (Apasport.az)
 
Sport7.az

Xəbər lenti