Samir Abasov:

Samir Abasov: "Hər şey gözlədiyimdən də yaxşı keçdi"

"Zirə”nin baş məşqçisi Samir Abasov "Keşlə” ilə oyun və toplanışın ilk hissəsi haqda fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Bugünkü oyun bir az sərt keçdi. Bu da başadüşüləndi. Çünki hamı özünü göstərmək istəyir. "Keşlə”yə də uğurlar arzulayıram. Hazırlığın geridə qalan müddəti haqda onu deyə bilərəm ki, hər şey gözlədiyimdən də yaxşı keçdi. Futbolçular komandaya ilk gündə qoşulanda elə vəziyyətdə idi ki, sanki çempionat yenicə başa çatıb. Bu da futbolçuloarın peşəkarlığından irəli gəlir. Bu, həddən artıq sevindiricidi. Yeganə üzücü məqam Tellur Mütəllimov və Cavid Hüseynovun zədələnməsi oldu. Amma ümid edirik ki, tez müddətdə sağalıb, komandaya qoşulacaqlar. Azərbaycanda sonuncu oyunumuz idi. Ayın 20-də Türkiyədə toplanışımızın ikinci hissəsi başlayacaq. Orada da 4 yoxlama oyununa çıxacağıq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR