Samir Abasov:

Samir Abasov: "Hücumçu gətirə bilsək, əla olardı"

"Zirə"nin baş məşqçisi Samir Abasov təlim-məşq toplanışı ilə bağlı danışıb.

Mütəxəssis Sport7.az-a açıqlamasında bunları söyləyib: "İnşallah, sabahdan məşqlərə başlayırıq. Ayın 12-də isə Türkiyəyə yollanacağıq. Orada 3-4 yoldaşlıq görüşü keçirməyi planlaşdırmışıq. Heyətə gəlincə, Anar, Vüsal, Adil gedib. Bəxtiyar Həsənalızadədən başqa yeni transfer yoxdu. Əlavə bir neçə nəfər də transfer etmək istəyirik. İstədiklərimiz, bəyəndiklərimiz var. Hələ ki, danışıqlar prosesindəyik. Yerli futbolçu olmadığı üçün, legioner alacağıq. Yoldaşlıq görüşü keçirəcəyimiz rəqiblərdən ikisi məlumdu. Digərləri də müəyyənləşəndən sonra bildirəcəyik".

Samir bəy hazırlıq prosesinin necə keçirmək istədiklərini də söylədi: "Gördüyümüz işləri davam etdirəcəyik. Oyunumuzda irəliləyiş hiss 
olunur. Yaxşı oynamağa başlamışıq. Sadəcə bəzi mövqelərdə, xüsusən də hücum xəttində böyük problemlər yaşadıq. Danışdığımız futbolçular var, hücumçu gətirə bilsək əla olardı. İşimiz də yüngülləşərdi. Düzdü gələnlərin özlərini necə göstərəcəyi də sual altındadı. Yenə də ən azı bu addımları atmalıyıq. Çünki hücumda problemlərimiz var, qol vurmaqda çətinlik çəkirik".

"Oyun üslubunda dəyişiklik nəzərdə tutmusuz?" sualına Samir bəy belə cavab verdi: "Dəyişikliklər olacaq. Gələn oyunçulardan da çox şey asılıdı. Kimlər və necə gələcəklər o məsələ də var. Onlar gələndən sonra oyunu dəyişib-dəyişməyəcəyimizə qərar verəcəyik. Bunu da toplanış zamanı bilə bilərik".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR