Samir Abasov: "Meydanda yalnız “Zirə” var idi”

Samir Abasov:
"Futbolçuların paltardəyişmə otağındakı üzüntüsü mənə də sirayət etdi”.
 
Sport7.az xəbər verir ki, bu sözlər "Zirə”nin baş məşqçisi Samir Abasova məxsusdu.

Topaz Premyer Liqasının 10-cu turunda "Səbail”lə qarşılaşan "Zirə” qolsuz bərabərliklə kifayətlənib.

Oyunsonrası mətbuat konfransında Abasov məyusluğunu gizlətməyib: "Təəssüf ki, son 3 oyunda 9 xal qazanmalı olduğumuz halda, 1 xalla kifayətlənirik. Ancaq bu cür durum məni sevindirir. İrəliləyiş var. Bilmirəm, bizə azarkeşlik edənlər nə dərəcədə zövq aldı. Amma meydanda yalnız "Zirə” var idi”.

- Cəmi 1 dəyişiklik etdiniz...

- Meydançadakı oyunçuların sərgilədiyi futbol məni qane edirdi. Bircə Dilan bir qədər tempdən düşdü, onu da əvəzlədim.

- Oyun var, amma fərdi ustalıq axsayır. Qış fasiləsini çox arzulayırsınız?

- İndi desəm ki, kiminsə səviyyəsi məni qane etmir, bu, ümumi işimizə mane ola bilər. Ancaq qışda hücum xəttinin güclənməsinə ehtiyac var. (matc.az)
 
Sport7.az

Xəbər lenti